Sosial medianın daha bir zərəri məlum oldu
Alimlərin son araşdırmaları “Z” nəslinin sosial media aludəçiliyi səbəbindən erkən yaşda “orta yaş böhranı” yaşadığını üzə çıxarıb
Maya.news xəbər verir ki, ABŞ-də aparılan araşdırma nəticəsində məlum olub ki, 15-24 yaş arası gənclər yaşlı nəsillərə nisbətən daha az xoşbəxtdirlər.
Mütəxəssislər vəziyyətdən çıxış yolu kimi sosial mediadan istifadə saatlarının azaldılmasını və gənclərin daha çox sosiallaşmasını məsləhət görüblər.